Aİ ölkələrindən biri Ukraynanın NATO Kiber Mərkəzinə qoşulmasını əngəlləyib
Tarix: 04-02-2022 | Saat: 12:42
Bölmə:Karusel / Dünya | çapa göndər
1381 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-02-2022 | Saat: 12:42
Bölmə:Karusel / Dünya | çapa göndər
Avropa İttifaqına (Aİ) üzv ölkələrdən biri Ukraynanın NATO-nun Kiber Təhlükəsizlik sahəsində Əməkdaşlıq Mərkəzinə (NATO Kiber Mərkəz) qoşulmasını əngəlləyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "1+1" telekanalının efirində bildirib.
“NATO-nun Kiber Mərkəzi var. Keçən yay biz ora müvafiq sənədləri təqdim etdik, bütün yoxlamalardan keçdik. Orada da, NATO-da olduğu kimi, qərarlar konsensusla qəbul edilir. Beləliklə, Avropa ölkələrindən biri bizim bu qurumda iştirakımıza icazə vermədi”, - o qeyd edib.
Danilov Aİ üzvünün belə bir addımını səmimi olmayan tərəfdaşlıq kimi qiymətləndirdiyini deyib: “Bu, Aİ ölkəsidir, bizim qonşularımızdır. Bizdən imtina etdilər”.
Xəbəri paylaş
Digər xəbərlər
23-02-2026, 15:27
Prezident BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib
24-09-2021, 13:42
“Paşinyanın məqsədi Zəngəzuru bir Türkiyə vilayətinə çevirməkdir...”
11-02-2022, 23:30
Türkiyə 5 yeni model helikopter istehsal edəcək
30-10-2023, 14:32
Ermənistan gələn ilin hərbi xərclərini açıqladı - 7 faiz artırılır
19-01-2022, 14:27
Azərbaycan hərbçiləri Türkiyədə təlim kursuna qatılıb
9-02-2026, 12:12
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
13-12-2023, 10:23
Kiyevə gecə hücumu: 53 nəfər yaralanıb















