Tarix: 01-02-2022 | Saat: 23:53
Bölmə:Karusel / Siyasət | çapa göndər
Aİ-nin Ali Nümayəndəsi, ABŞ dövlət katibi, NATO Baş katibi, ATƏT sədri Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.
Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozep Borrel ABŞ dövlət katibi Entoni Blinken, NATO-nun Baş katibi Yens Stoltenberq və ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə dördtərəfli video görüş keçirib.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Xarici Siyasət Xidməti məlumat yayıb.
Videokonfransda Rusiyanın Ukrayna və onun ətrafında hərbi güclənməsi ilə bağlı son vəziyyət müzakirə edilib.
Daha sonra Rusiyanın diplomatik fəaliyyəti və bu ölkənin Avropanın təhlükəsizliyində yenidən tənzimləmə tələbləri, o cümlədən Sergey Lavrovun 31 yanvar tarixli məktubu müzakirə olunub. Rəsmilər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Digər xəbərlər