Saytımızı qiymətləndirin


 
 

Kamran Əliyev Aİ səfiri ilə görüşüb - FOTO
Tarix: 01-02-2022 | Saat: 15:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

Peter Mixalko, Kamran Əliyev

 

Fevralın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Baş prokuror dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi sahədə aparılan genişmiqyaslı islahatlardan söhbət açaraq, prokurorluğun korrupsiyaya qarşı mübarizə, dövlət ittihamının müdafiəsi, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və qurumun cinayət təqibindən kənar fəaliyyəti barədə məlumat verib.
Kamran Əliyev Avropa Komissiyasının Tvininq və TAİEX alətləri çərçivəsində aktual hüquqi mövzulara həsr olunmuş çoxsaylı tədbirlərin həyata keçirildiyini qeyd edib. Cari ildə başlayacaq Tvininq layihəsi çərçivəsində Azərbaycan Prokurorluğunun Litvanın hüquq mühafizə orqanları ilə cinayət aktivlərinin bərpası sahəsində birgə fəaliyyəti əməkdaşlığımızın bariz nümunəsi kimi qiymətləndirilib.
Prokurorluqda beynəlxalq əməkdaşlıq sahəsinə xüsusi önəm verildiyini qeyd edən Baş prokuror, Avropa İttifaqı üzv ölkələrinin hüquq mühafizə orqanları ilə əlaqələrin genişlənməsi istiqamətində atılan addımlar barədə səfirə məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Peter Mixalko Avropa İttifaqı tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulanıb.
Yekunda maraq kəsb edən digər məsələlər, o cümlədən Avropa İttifaqının Prokurorluğu (EPPO) və Dələduzluqla mübarizə Ofisi (OLAF) ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər