Saytımızı qiymətləndirin


 
 

Nazirlik: "Sabahdan vətəndaşların əyani qəbulu dayandırılır"
Tarix: 31-01-2022 | Saat: 17:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edir - FED.az

Sabah, fevralın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlilliyin qiymətləndirilməsi məsələləri üzrə vətəndaşların əyani qəbulu yalnız onlayn qaydada və ya “Whatsapp” ilə qeydiyyat əsasında aparılacaq.

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, məqsəd COVİD-19 virusunun yayılmasının qarşısının alınması və əlilliyi olan şəxslərin bu infeksiyadan qorunması, habelə vətəndaşların Agentlikdə qəbul üçün daha rahat müraciət imkanlarına malik olmaları, qurumda əyani qəbul prosesinin operativ və sistemli təşkili, vətəndaş məmnunluğunun artırılmasıdır.

Agentlikdə əyani şəkildə qəbul edilmək istəyən vətəndaşlar www.dtsera.az linkinə daxil olaraq və ya (+994) 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarını göndərərək növbəyə yazıla bilərlər. Onlara göndəriləcək cavab mətnində qəbul ediləcəkləri vaxt bildiriləcək.



Xəbəri paylaş

297 dəfə oxunub.

Digər xəbərlər