Saytımızı qiymətləndirin


 
 

KİV: ABŞ Putinin yaxın çevrəsinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır
Tarix: 31-01-2022 | Saat: 15:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

Vladimir Putin

 

ABŞ Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə Vladimir Putinin yaxın çevrəsini və onun Qərblə əlaqələrini hədəf alan sanksiyalar hazırlayıb.

Rusiya prezidentinin Ukraynaya hücum halında cəzalandırılması səyləri çərçivəsində ABŞ, müttəfiqləri ilə koordinasiyalı sanksiyalar tətbiq edəcək.

Buna görə sanksiyaya məruz qalacaq şəxslər və ailə üzvlərinin siyahısı hazırlanıb.

“Bizim müəyyən etdiyimiz şəxslər Kremlin yaxın çevrələrindədir, onlar hökumətin qərarlarının qəbulunda rol oynayır və ya Kremlin sabitliyi pozan davranışında iştirakçıdırlar ”, - deyə ABŞ rəsmiləri qeyd edib.

Bildirilib ki, sanksiyalar həmin oliqarxları beynəlxalq maliyyə sistemindən uzaqlaşdıracaq.

Qeyd edilib ki, həmən şəxslər və ailə üzvləri pullarını Qərb ölkələrindəki banklarda saxlamaq və elit Qərb universitetlərində oxumaq üstünlüklərindən artıq istifadə edə bilməyəcəklər.



Xəbəri paylaş

1272 dəfə oxunub.

Digər xəbərlər