Saytımızı qiymətləndirin


 
 

"Mançester Yunayted"in futbolçusu həbs olundu
Tarix: 31-01-2022 | Saat: 11:25
Bölmə:Karusel / İdman | çapa göndər

Premyer Liqa komandalarından olan "Mançester Yunayted”də çıxış edən Meyson Qrinvud sosial şəbəkədə barəsində yayılan iddialardan sonra həbs edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Mançester polisi açıqlamada yayıb. 20 yaşlı futbolçunun bir qadına təcavüz etməsi və fiziki zorakılığa məruz qalması ilə bağlı sosial mediada ortaya atılan iddialardan sonra həbs edildiyi bildirilib. 
 
Sözügedən qadının britaniyalı oyunçunun keçmiş sevgilisi Harriet Robson olduğu bildirirlib. Robson Qrinvudun ona təcavüz etdiyini bildirərək, bununla bağlı sosial mediada foto paylaşıb. 
İngiltərə mətbuatında yer alan xəbərə görə, Qrinvudun keçmiş sevgilisinin sosial mediada paylaşdığı foto, video və səs yazıları qısa müddətdən sonra silinib.
Mövzu ilə bağlı açıqlamalar verən "Mançester Yunayted", Qrinvuda qarşı istintaq açıldığını və ingilis oyunçunun bu müddət ərzində məşq və matçlara buraxılmayacağını bildirib.
 


Xəbəri paylaş

253 dəfə oxunub.

Digər xəbərlər