Saytımızı qiymətləndirin


 
 

Azərbaycanlıların profilində Ukrayna bayrağı: “Təcavüzə məruz qalan xalq olaraq...
Tarix: 27-01-2022 | Saat: 15:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Azərbaycanlıların profilində Ukrayna bayrağı: “Təcavüzə məruz qalan xalq olaraq...“

Rusiya-Ukrayna gərginliyi fonunda sosial şəbəkələrin Azərbaycan seqmentində Ukrayna bayrağının əks olunduğu dəstək paylaşımları çoxalır. Azərbaycanlılar niyə Ukraynanı müdafiə edirlər? Bu, sırf Ukraynanın haqq işinə dəstəkdir, yoxsa Rusiyaya nifrət görə belə edilir?

Yenisabah.az-a danışan siyasi şərhçi Qabil Hüseynli bildirib ki, Ukrayna təcüvazə məruz qalıb və ərazisinin 18%-ini Rusiya işğal edib:

“Vətənpərvər azərbaycanlılar, sözsüz ki, Ukrayna ilə həmrəydir. Hətta Azərbaycan xalqı bütünlüklə Ukraynaya dəstək verir. Prezidenti İlham Əliyevin bu yaxınlarda Kiyevə olan rəsmi səfəri xüsusi bir məna daşıyır. Bütün dünya Ukraynanı müdafiə edir, nəinki biz. Bütün dünya Rusiyanın təcavüzkarlıq hərəkətlərini və Rusiyanın Ukraynaya qarşı yönəldimiş şantaj siyasətini və heç bir əsası olmayan iddialarını qətiyyətlə pisləyir. Avropa və ABŞ və dünyanın digər ölkələri baş verən proseslərdə Rusiyanın qızışdırıcı rolunu qətiyyətlə pisləyərək bunu qəbuledilməz sayır.

Azərbaycanla Ukrayna arasında həmişə yaxın qonşuluq və dostluq əlaqələri olub. Ukrayna xalqı ilə Azərbaycan xalqı arasında, sözün həqiqi mənasında, səmimi ünsiyyət və dostluq münasibətləri var.

Buna görə də, Azərbaycan tərəfi Ukraynanın haqq işini dəstəkləyir. Özü də təcavüzün nə olduğunu bilən, təcavüzə məruz qalmış və hələ də bu bölgədə Rusiyanın müxtəlif qərəzli və neoimperialist yanaşmalarını dərisi üzərində hiss edən Azərbaycan xalqı, təbii ki, Ukrayna xalqını müdafiə etməkdə tam haqlıdır”, - deyə mütəxəssis yekunlaşdırıb.



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər