Saytımızı qiymətləndirin


 
 

Anar Rzayev: “Azad edilən ərazilərə avtobus reysləri humanitar inteqrasiyada mühüm rol oynayacaq”
Tarix: 24-01-2022 | Saat: 07:25
Bölmə:Karusel / Qarabağ / İnfrastruktur | çapa göndər

 

Anar Rzayev: “Azad edilən ərazilərə avtobus reysləri humanitar inteqrasiyada mühüm rol oynayacaq”

Azad edilən ərazilərə ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq.

Qarabaginfo.az "Repoer"a istinadən xəbər verir ki, bunu bu gün azad olunmuş ərazilərə ilk müntəzəm avtobus reysinin açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

A Rzayev qeyd edib ki, ilk olaraq Şuşaya 2 reys, Ağdama iki reys, 4 reys isə Əhmədbəylidən start verib.

"Bütün marşrutlar üzrə biletlər satışdadır. Aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək.

Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək", - deyə A. Rzayev bildirib.

 



Xəbəri paylaş

1315 dəfə oxunub.

Digər xəbərlər