Qarabaginfo.az xəbər verir ki, Kirbi bildirib ki, Rusiya həqiqətən də Ukraynada fərqli bayraq altında əməliyyat keçirəcək bir qrup hərbçi hazırlayır. “Təfərrüatlara varmadan deyəcəm ki, bizdə Rusiyanın Ukraynaya mümkün təcavüz üçün bəhanə yaratmaq məqsədilə aktiv şəkildə çalışdığını göstərən məlumatlar var”, – Pentaqonun sözçüsü əlavə edib.
Bundan əvvəl Ağ evin mətbuat katibi Cen Psaki də oxşar bəyanatla çıxış etmişdi. Bundan əlavə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanı öz ərazisində təxribatlar hazırlamaqda ittiham edib.
Yanvarın 14-də CNN telekanalı ABŞ-ın Rusiyanın Donbasda fərqli bayraq altında xüsusi əməliyyat keçirməli olacaq xüsusi hərbi qrupa təlim keçdiyi barədə məlumatı olan material dərc edib. Telekanalın həmsöhbəti bildirib ki, Rusiya hərbçiləri şəhər döyüşləri və partlayıcı maddələrdən istifadə üzrə təlim keçiblər. virtualaz.org