Tarix: 12-01-2022 | Saat: 19:40
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik”.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir. Və iqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən danışmaq mümkün deyil. Azərbaycan unikal, bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu həm müsbətdir, çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə ixrac idxalı böyük dərəcədə üstələyib. Müsbət saldo 10 milyard dollardan çoxdur. Hər bir iqtisadiyyatla məşğul olan adam bunun nə dərəcədə əhəmiyyətli olmasını görür. Və ilk olaraq manatın sabit qalmasına əlbəttə ki, bunun ən böyük təsiri var. Uzun illər ərzində manat sabitdir və ölkə əhalisi bundan faydalanır. Manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. İnvestorlar üçün də bunun çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər”.
Digər xəbərlər