Saytımızı qiymətləndirin


 
 

Lənkəranda sərxoş sürücü qəza törətdi, 80 ailəni qazsız qoydu
Tarix: 04-01-2022 | Saat: 11:47
Bölmə:Karusel / Kriminal | çapa göndər

Lənkəranda sərxoş sürücü qəza törətdi, 80 ailəni qazsız qoydu

Lənkəranda sərxoş sürücünün törətdiyi qəza 80 ailəni qazsız qoyub.

Qarabaginfo.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon sakini Yalçın Həsənov idarə etdiyi “VAZ 2121” markalı avtomobillə axşam saatlarında Sütəmurdov kəndində qaz xətini qırıb.

Nəticədə təxminən 80 yaşayış evinə təbii qazın verilməsində bir neçə saatlıq fasilə yaranıb.

Qəzadan sonra hadisə yerindən yayınan sürücünü yol polisi saxlayıb və o, polis şöbəsinə gətirilib. Müvafiq tibbi müayinədən keçdikdən sonra Y.Həsənovun sərxoş olduğu və nəqliyyat vasitəsini spirtli içki qəbul etdikdən sonra idarə etdiyi müəyyən edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Y.Həsənov bir neçə ay əvvəl də eyni əməli törədib.

Lənkəranda sərxoş sürücü qəza törətdi, 80 ailəni qazsız qoydu


Xəbəri paylaş

341 dəfə oxunub.

Digər xəbərlər