Saytımızı qiymətləndirin


 
 

Putin və Ərdoğan təhlükəsizlik təminatları ilə bağlı təklifləri müzakirə ediblər
Tarix: 02-01-2022 | Saat: 19:05
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonda təhlükəsizlik zəmanəti ilə bağlı Rusiyanın təkliflərini müzakirə ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

Məlumata görə, telefon danışığı zamanı Vladimir Putin və Tayyib Ərdoğan təhlükəsizlik təminatları, Cənubi Qafqaz, Suriya və Liviyadakı vəziyyətlə bağlı Rusiyanın təkliflərini müzakirə ediblər.

Qeyd edilir ki, beynəlxalq mövzulara da toxunulub:

“O cümlədən Rusiya Federasiyasının təhlükəsizliyinə zəmanət verən qanunla rəsmiləşdirilmiş müqavilələrin işlənib hazırlanması üzrə məlum təkliflər müzakirə edilib.

Cənubi Qafqazdakı vəziyyət, Suriya və Liviyadakı məsələlərin nizamlanması məsələləri barədə də danışıq olub”.

Bundan əlavə, Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığı daha da intensivləşdirmək niyyətlərini təsdiqləyiblər.(Apa)



Xəbəri paylaş

1300 dəfə oxunub.

Digər xəbərlər