Saytımızı qiymətləndirin


 
 

Azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb - FOTO
Tarix: 30-12-2021 | Saat: 11:08
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Saxlanılan şəxs

 

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla və müvafiq icazəsi olmadan keçən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların Laçın rayon sakinləri – Qurban Həşimov və Cavanşir Qurbanov olduqları müəyyən edilib.

Xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə inzibati qaydada C.Qurbanov 10 gün müddətinə həbs, Q.Həşimov isə cərimə edilib.



Xəbəri paylaş

1401 dəfə oxunub.

Digər xəbərlər