Saytımızı qiymətləndirin


 
 

Hərbi xidmətdə az ağır xəsarət alanlara ödəniləcək sığorta məbləği bilindi
Tarix: 29-12-2021 | Saat: 21:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hərbi xidmətdə az ağır xəsarət alanlara ödəniləcək sığorta məbləği bilindi

Prezident İlham Əliyev “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişikliklə bağlı sənədi imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, sənədə əsasən, sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının hesablanması, ödənilməsi, ödənilməsinə nəzarət, artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydasına uyğun olaraq, dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bundan başqa, sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda müəyyən edilmiş sığorta məbləğinin (11 min manat – red.) 15 faizi qədər sığorta ödənişi verilir.

Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş siyahıya uyğun müəyyənləşdirilir.

Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş sığorta ödənişi nəzərə alınmaqla ödənilir.

Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər