Saytımızı qiymətləndirin


 
 

Gələn ildən Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə bağlı yeni vergi güzəştləri tətbiq olunacaq
Tarix: 29-12-2021 | Saat: 17:10
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Gələn ildən Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə bağlı yeni vergi güzəştləri tətbiq olunacaq

Gələn il yanvarın 1-dən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşir.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Beləliklə, şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.

Maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda veriləcək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edildiyini təsdiq edən arayış təqdim edilmiş olsun.



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər