Saytımızı qiymətləndirin


 
 

“Heç bir halda Bakının dəhliz istəyi təmin edilməməlidir, yoxsa Ermənistan suverenliyini itirəcək” - Ohikyan
Tarix: 29-12-2021 | Saat: 10:19
Bölmə:Karusel / Region | çapa göndər

“Azərbaycanla demarkasiya və delimitasiya haqqında sənədin imzalanmasına icazə verilməməlidir”.

Qarabaginfo.az erməni mediasına istinadən xəbər verir ki, bu cür sərsəm açıqlama ilə Ermənistan Azadlıq Hərəkatının üzvü Nairi Ohikyan çıxış edib. Ohikyan hesab edir ki, Nikol Paşinyanın antimilli siyasəti Ermənistanın bir neçə addım geridə qalması ilə nəticələnib:

“Heç bir halda Bakının dəhliz istəyi təmin edilməməlidir. Bu dəhlizin təhlükəsizliyi hansısa üçüncü ölkə tərəfindən təmin edilsə belə, Ermənistan öz suverenliyini itirəcək” – deyə Ohikyan vurğulayıb.

Öz növbəsində diaspor nümayəndəsi Sevak Akopyan qeyd edib ki, Ankara Azərbaycanın siyasətini dəstəklədikcə və “erməni soyqırımı”nı (qondarma soyqırım-red) inkar etdikcə Türkiyə ilə yolların açılması və istismarı məsələsi müzakirə oluna bilməz. Mövcud hökumətin Türkiyə ilə danışıqlar aparmaq üçün diaspor mandatı yoxdur.(Konkret.az)



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər