Saytımızı qiymətləndirin


 
 

Prezidentin köməkçisi: "Bir sıra ölkələr “omikron” ştamına görə sərt məhdudiyyətlərlə bağlı qərarlar qəbul ediblər"
Tarix: 28-12-2021 | Saat: 18:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

Şahmar Mövsümov vətəndaşlara çağırış etdi

"Bir sıra ölkələr “omikron” ştamına görə sərt məhdudiyyətlərlə bağlı qərarlar qəbul ediblər".

Qarabaginfo.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “omikron” ştamının sürətlə yayılması ilə bağlı dünyada vəziyyət müxtəlifdir: “Biz digər ölkələrə nəzər salan zaman bu ştamın yoluxduruculuğunun yüksək olmasını görürük. Buna görə də bir sıra ölkələr lokdaun və sərt məhdudiyyətlərlə bağlı qərarlar qəbul ediblər. Belə ki, Hollandiyada faktiki olaraq Milad və Yeni il şənlikləri ləğv olunub, yanvarın ortalarına kimi mağazalar, otellər, fitnes zalları, kinoteatrlar və muzeylərə məhdudiyyətlər qoyulub. Danimarkada dekabrın 27-dən yanvarın 17-nə kimi konsert zalları, teatrlar, kinoteatrlar, muzeylər və qallereyalar qapadılıb. Restoranlar yalnız axşam saat 11-ə kimi işləyə bilər. Milad şənlikləri qadağan olunub.Yunanıstanda Milad şənlikləri qadağan edilib, infeksiyanın geniş yayılması hökuməti 60 yaşdan yuxarı əhalini məcburi vaksinasiya etməyə vadar edib. Əks təqdirdə 100 avro məbləğində cərimə sanksiyası tətbiq olunur. Portuqaliyada restoranlar və barlar qapadılı. Çexiyada bayram yarmarkaları qadağan edilib, iaşə obyektləri axşam saat 10-a kimi fəaliyyət göstərə biər. Böyük Britaniyada ənənəvi Milad şənlikləri təxirə salınıb. Fransada dekabrın 10-dan bütün klublar 4 həftə müddətinə qapadılıb. Yanvarın 15-dən yaşlı əhali buster doza ilə vaksin olunmalıdır. Parisdə Yeni illə bağlı konsertlər və şənliklər qadağan edilib. İspaniyada hər yerdə maskadan istifadə tətbiq olunub. Almaniyada klublarda insanların 10 nəfərdən artıq yığışmaması ilə bağlı limit müəyyən edilib. Böyük Britaniyadan ölkəyə gələn turistlərə 48 saatlıq test və 14 günlük təcrid tələb olunur. Avstriyada vaksinasiya sertifikatı olmayan şəxslərə yalnız işə çıxmaq və həkimə getmək üçün evdən bayıra çıxmağa icazə verilir. Hökumət gələn ilin fevralından əhali üçün məcburi vaksinasiya tədbirlərini nəzərdən keçirir”.

"Omikron ştamının yaranması və sürətlə yayılması təbii ki, bizdə də narahatlıq doğurur”,- Prezidentin köməkçisi vurğulayıb.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər