Türkiyənin İstanbul şəhərində Maltepe rayonunda 6 mərtəbəli yaşayış binası çöküb.
"Qarabaginfo” DHA-ya istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım briqadaları göndərilib.
Dağıntılar altından 1 nəfər ölü, 4 nəfər yaralı xilas edilib. Axtarış-əməliyyat tədbirləri davam etdirilir.