Saytımızı qiymətləndirin


 
 

Türkiyədə daha 157 nəfər koronavirusdan vəfat edib
Tarix: 28-12-2021 | Saat: 00:13
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyədə daha 157 nəfər koronavirusdan vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 157 nəfər dünyasını dəyişib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazir qeyd edib ki, Türkiyədə COVID-19-un omicron variantı digər variantlardan daha sürətlə yayılmaqdadır.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 362 535 nəfərin test edildiyi, 26 099 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 024 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 129 332 845 peyvənd tətbiq edilib ki, bunun 91,55 faizi birinci, 82,89 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər