Saytımızı qiymətləndirin


 
 

Bakıda pirotexniki vasitələr satan şəxslər saxlanılıb
Tarix: 27-12-2021 | Saat: 14:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakıda pirotexniki vasitələr satan şəxslər saxlanılıb

Bakıda pirotexniki vasitələr satan şəxslər saxlanılıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Mehman Abbasov və İlqar Qədirov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Həmin şəxslərin fəaliyyət göstərdikləri mağazalara baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 442.ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

"Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar olunduqda onlar barəsində bundan sonra da ciddi tədbirlər görüləcək", - Mətbuat Xidmətindən bildirilib.



Xəbəri paylaş

346 dəfə oxunub.

Digər xəbərlər