Saytımızı qiymətləndirin


 
 

Çində koronavirusa yoluxanların sayı artıb, saxlanılanlar var
Tarix: 26-12-2021 | Saat: 09:52
Bölmə:Karusel / Dünya | çapa göndər

Çində koronavirusa yoluxanların sayı artıb, saxlanılanlar var

Ötən gün Çinin Şansi əyalətinin Sian şəhərində koronavirus (COVID-19) infeksiyası ilə bağlı analiz verən 158 nəfərdən yalnız üçünün nəticəsi mənfi olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ciddi karantin tədbirlərinə baxmayaraq, şəhərdə infeksiyanın yayılması artmaqdadır.

Bildirilib ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Sian şəhərindən digər şəhərlərə aviareyslər ləğv edilib, qatarların və şəhərlərarası avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Səlahiyyətlilər təcili hallar istisna olmaqla, sakinlərdən evlərini tərk etməməyi tələb edir. Ailədə yalnız bir nəfərə iki gündə bir dəfə ərzaq və zəruri mallar almaq üçün mağazalara baş çəkməyə icazə verilir.

Məlumdur ki, indiyədək ölkədə aktiv şəkildə dünyada yayılan omikron ştammı ilə 7 yoluxma halı müəyyən edilib. Dörd yoluxma halı Quançjou şəhərində, ikisi Çanşa şəhərində və biri Tianjin şəhərində qeydə alınıb.

Mərkəzi İntizam Təftiş Komissiyası bildirib ki, Sian şəhərində 26 məmur COVID-19-un qarşısının alınması və ona nəzarət sahəsində zəif fəaliyyətlərinə görə mühakimə olunub.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər