Saytımızı qiymətləndirin


 
 

İranın XİN başçısının Azərbaycana səfər proqramı açıqlanıb
Tarix: 22-12-2021 | Saat: 10:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

İranın XİN başçısının Azərbaycana səfər proqramı açıqlanıb

Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfərə gəlir.

Qarabaginfo.az xəbər verir ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir.

Görüşdə ikitərəfli əlaqələrin inkişafı və regional əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

H.Ə.Abdullahian İranın IRIB telekanalına müsahibəsində deyib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və başqa rəsmi şəxslərlə görüşəcək: “Tehran-Bakı əlaqələri son aylarda iki ölkə münasibətlərində yaranan bəzi anlaşılmazlıqlara baxmayaraq, yaxşı, sabit və inkişafa meyllidir.

Ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq. Bu ay iki ölkənin prezidentləri İlham Əliyev və İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Aşqabatda keçirilən sammiti çərçivəsində görüşüblər. Görüş müsbət və konstruktiv oldu”.

Səfər çərçivəsində C.Bayramovla H.Ə.Abdullahian birgə mətbuat konfransı keçirəcəklər.



Xəbəri paylaş

309 dəfə oxunub.

Digər xəbərlər