Saytımızı qiymətləndirin


 
 

Polis əməliyyat keçirdi: 61 ədəd silah götürüldü
Tarix: 21-12-2021 | Saat: 14:10
Bölmə:Karusel / Kriminal | çapa göndər

Polis əməliyyat keçirdi: 61 ədəd silah götürüldü

 

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Sabir Abbasov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan torbada ümumi çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində S. Abbasovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı “AK-74” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 20 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb. Bununla da polis əməkdaşları həftə ərzində vətəndaşlardan götürdüyü silahların sayı 21-ə çatıb.

Qeyd olunub ki, cari ilin müvafiq dövrü ərzində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində rayon sakinlərindən ümumilikdə 61 ədəd odlu silah aşkarlanıb ki, həmin silahlardan 7-si aparılan marifləndirici-profilaktiki söhbətlər nəticəsində sakinlər tərəfindən könüllü təhvil verilib. Əməliyyat yolu ilə aşkarlanan 54 odlu silahdan 4-ü avtomat, 1-i tapança-pulemyot, 3-ü tapança, 3 ədədi isə yivli TOZ 8 silahıdır. Qeyd edək ki, gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə şöbə əməkdaşları əməliyyat-profilaktiki tədbirləri davam etdirir. 



Xəbəri paylaş

335 dəfə oxunub.

Digər xəbərlər