Saytımızı qiymətləndirin


 
 

“Qələbənin atası çox olar, məğlubiyyət isə yetimdir...”
Tarix: 20-12-2021 | Saat: 17:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiyanın Qarabağdakı vasitəçilik missiyasının uğuru Avropa İttifaqında və digər beynəlxalq oyunçularda “fərqli hisslər yaradır”. Və elələri də var ki, bu missiyaya qoşulmaq istəyir.

virtualaz.org xəbər verir ki, Rusiyanın Avropa İttifaqı yanındakı daimi nümayəndəsi, səfir Vladimir Çijov “İzvestiya” qəzetinə müsahibəsində belə deyib. Səfir əlavə edib ki, dekabrın 14-də Brüsseldə baş verənləri, yəni Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutmuş görüşləri danışıqlar adlandırmaq bir qədər şişirtmə olardı.

 

“Mən hesab edirəm ki, burada (Brüsseldə,-red.) dekabrın 14-də baş tutmuş görüşü danışıqlar adlandırmaq bir qədər şişirtmə olardı. Bu, Şərq Tərəfdaşlığı sammiti məkanında baş tutmuş görüş olub. Avropa İttifaqı əlbəttə ki, prosesə qoşulmaq istəyir, amma əsrlərlə mövcud olan deyim var-qələbənin atası çox olar, məğlubiyyət isə yetimdir. Bizim bu münaqişədəki vasitəçilik missiyamızın uğuru Avropa İttifaqında, digər beynəlxalq oyunçularda fərqli hisslər yaradır, və bu prosesə qoşulmaq istəyənlər də var. Kimisinə bu müəyyən dərəcədə müyəssər olur, kimisinə yox”,-səfir belə deyib.

 

Çijov əlavə edib ki, Avropa İttifaqı indiyədək bilavasitə Qarabağ nizamlanmasına cəlb olunmamışdı. “Bəli, Minsk Qrupu həmsədrliyi üçlüyünə Avropa İttifaqı ölkəsi olan Fransa var, eləcə də ABŞ və Rusiya var. İndiki məqamların üst-üstə düşməsi belə görüşün keçirilməsinə imkan yaratdı.  Biz hesab edirik ki, Azərbaycan və Ermənistan liderləri arasında daha bir birbaşa təmas imkanı siyasi nizamlanmanın xeyrinədir və bizə dost olan bu ölkələr arasında təmaslar məkanının genişlənməsinə xidmət edir”,-rusiyalı diplomat bildirib.

Çijov qeyd edib ki, elə məsələlər var ki, Azərbaycan və Ermənistan özləri birbaşa müzakirə etməyə üstünlük verir, elə məsələlər də var ki, Rusiyanın iştirakı ilə müzakirə olunur. “Ola bilsin xüsusən də iqtisadi bərpa məsələlərində, hərbi əməliyyatların nəticələrinin aradan qaldırılmasına Avropa İttifaqı da faydalı ola bilər”,-o vurğulayıb.(virtualaz.org) 



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər