Tarix: 20-12-2021 | Saat: 09:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiqlənməsi) üzrə sınaq imtahanları keçirilir.
Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun təlim mərkəzlərində keçirilən sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqlarının səviyyəsi sinif otaqları, o cümlədən çöl-səhra şəraitində yoxlanılır.
Hərbi qulluqçular silahlanmada olan müasir zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra edir, müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər.
Sınaq imtahanlarının keçirilməsində məqsəd şəxsi heyətin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılmasıdır.
Digər xəbərlər