Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN: “Avropa İttifaqı NATO-nun tam nəzarəti altındadır”
Tarix: 19-12-2021 | Saat: 23:50
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiya XİN: “Avropa İttifaqı NATO-nun tam nəzarəti altındadır”

“Avropa İttifaqının (Aİ) Avropanın təhlükəsizlik məsələlərini artıq mövcud formatlarda müzakirə etməyə hazır olması barədə bəyanatı o deməkdir ki, hərbi təhlükəsizlik sahəsində Aİ NATO-nun tam nəzarəti altındadır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Avropa İttifaqının bu bəyanatları yalnız bir şeyi ifadə edir ki, hərbi təhlükəsizlik sahəsində Avropa İttifaqı NATO-nun tam nəzarəti altındadır. Bu gün müstəqil hərbi-siyasi rol oynamaq, ABŞ-dan daha az müstəqil olmaq ambisiyaları praktiki olaraq həyata keçirilmir”, - deyə o qeyd edib.

Bundan əvvəl, “Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin sözçüsü Piter Stano bildirib ki, təmsil etdiyi qurum mövcud formatlar çərçivəsində Avropa təhlükəsizliyinin müzakirəsinin tərəfdarıdır.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər