Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Pakistanda görüşüblər
Tarix: 19-12-2021 | Saat: 12:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Pakistanda görüşüblər

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən növbədənkənar iclası çərçivəsində görüşüblər.

Bu barədə Qarabaginfo.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Nazirlər iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.

Tərəflər Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən 3+3 əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə ediblər. Əməkdaşlıq mexanizminin irəli aparılmasında maraq ifadə ediblər.

Görüş zamanı nazirlər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə hər iki ölkənin birgə iştirak etdiyi üçtərəfli əməkdaşlıq formatları ilə bağlı məsələləri və növbəti aylarda bu istiqamətdə atıla biləcək addımları müzakirə ediblər.

Tərəflər, həmçinin bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post münaqişə kontekstində bölgə ölkələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər