Saytımızı qiymətləndirin


 
 

İdris İsayev: “Ali təhsilli müəllimlərin aylıq vəzifə maaşları təxminən 823 manat təşkil edəcək”
Tarix: 17-12-2021 | Saat: 18:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

İdris İsayev: “Ali təhsilli müəllimlərin aylıq vəzifə maaşları təxminən 823 manat təşkil edəcək”

“Təhsil sistemində 255 minə yaxın şəxs çalışır. Bu şəxslərin hamısı təhsil verən deyil. Onların müəyyən qismi müəllim, idarəedici, texniki işçilərdir”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev bildirib.

Onun sözlərinə görə, bugünkü Sərəncamla dövlət təhsil müəssisələrində çalışan müəllimlərin, direktorların, direktor müavinlərinin vəzifə maaşları yanvarın 1-dən 20 faiz artırılır: “Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin vəzifə maaşı isə 40 faiz artırılır. Müəllimlər iki qrupa bölünür. Dövlət ümumtəhsil müəssisələrində təxminən 250 minə yaxın müəllim çalışır, bu müəllimlərin təxminən 82 faizi ali təhsilli müəllimlərdir. Bu gün onların orta aylıq vəzifə maaşları 264 manatdır. Bu vəzifə maaşları orta göstəricidir. Vəzifə maaşları müəllimlərin pedaqoji stajından asılı olaraq fərqlənir. 3 ildən 18 ilə qədər staj üzrə fərqli əmək haqqı mövcuddur. Orta göstərici vəzifə maaşları 20 faiz artırsa, ali təhsilli ümumtəhsil müəssisələrində çalışan müəllimlərin maaşları orta hesabla 674 manat təşkil edəcək. Onu da qeyd edim ki, aylıq vəzifə maaşları 1 stavka 18 saat dərs yükü üçün hesablanmış aylıq maaşlardır. Amma faktiki olaraq müəllimlərimizin xüsusilə Bakıda 18 saatdan artıq dərs yükü var. Bakıda orta hesabla bu, 22 saat təşkil edir. Əgər 22 saatlıq dərs yükünü götürsək, onda ali təhsilli müəllimlərin aylıq vəzifə maaşları təxminən 823 manat təşkil edəcək”. (report.az)



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər