Ramil Usubovdan kəskin xəbərdarlıq - SƏBƏB
Tarix: 30-01-2019 | Saat: 17:20
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
556 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-01-2019 | Saat: 17:20
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
30 Yanvar 2019 [13:26]
Nazir, general-polkovnik Ramil Usubov yanvarın 28-də Daxili İşlər Nazirliyində (DİN) 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında öz çıxışında radikal müxtəlifətə nadir rastlanan xəbərdarlıq edib.
"Qarabaginfo" "musavat.com"a istinadən xəbər verir ki, cənab Usubov konkretləşdirməsə də, ümumiləşdirilmiş qaydada müəyyən mərkəzlərə mesaj verib. Rəsmi məlumatdan bəlli olur ki, nazir son günlər özlərini yenidən gündəmə gətirmək istəyən "...müxalifət düşərgəsinin bəzi mənsublarının səsləndirdikləri, ”polis qorxdu", "hökumət geri çəkildi” kimi öz ətraflarını cürətləndirmək arzusundan doğan fikirlərin gerçəklikdən çox uzaq, heç vaxt reallaşmayacaq bir arzu olduğunu" xatırladaraq hər bir şəxsin bildiyi sadə həqiqətləri diqqətə çatdırıb.
"Ötən 26 ildə məhz bu iqtidarın həyata keçirdiyi müdrik siyasət nəticəsində xaosa, anarxiyaya son qoyulub, Ermənistanın ölkəmizə təcavüzünün qarşısı alınıb, insanların pozulmuş hüquqları, dövlətə, hakimiyyətə, gələcəyə olan inamı bərpa edilib”, deyən R.Usubov daha sonra bunları bildirib:
"Lakin respublikamızda əmin-amanlığın, təhlükəsizliyin daimi və davamlı olduğunu görüb qorxuya düşən, günü-gündən gözəlləşən, dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilən Bakımızın, həmçinin regionlarımızın inkişafından xoflanan, vətəndaşlarımızın, xüsusən qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin problemlərinin ilbəil daha əhatəli həllindən rahatsızlaşan, ordumuzun qüdrətinin artmasından, onu yüksək nizam-intizamlı, vətənpərvər, torpaqlarımızı işğaldan azad etməyə hər zaman qadir və döyüş ruhunu gördükcə kədərlənən, yüz minlərlə gənclərimizin Vətənimizin işıqlı gələcəyi, müasir Azərbaycanın daha sürətli inkişafı üçün göstərdiyi böyük coşqudan və çalışqanlıqdan məyus olan, xalq-iqtidar birliyinin sarsılmazlığından, onun bəhrələri olan inkişafdan, tərəqqidən, irəliləyişlərdən, yüksəlişlərdən əndişələnən bu antimilli qüvvələr həqiqətən də qorxuya düşüblər”.
DİN başçısı deyib ki, onlar növbəti təxribatlara əl atmaqla xalqımızı yenidən daxili çəkişmələrə, parçalamağa, ölkəmizi böhrana, bir vaxtlar yaratdıqları, indi isə xiffətini çəkdikləri özbaşınalıq və hərc-mərclik dövrünə sürükləməyə cəhdlər edirlər. General-polkovnik R.Usubov milli maraqlarımıza zidd olan belə avantürist hərəkətlərin qarşısının xalqımızın dəstəyi, qanunlarımızın gücü, dövlətimizin hüquq-mühafizə orqanlarının sıx birliyi ilə bundan sonra da alınacağını bildirib. O, qətiyyətlə bəyan edib ki, daxili işlər orqanları siyasi baxışlarından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün vətəndaşlarımızın əmin-amanlığını, ölkəmizdəki sabitliyi istənilən təhdidlərdən, fürsətçi kəslərin və macəra axtaranların təxribatçı, avantürist hərəkətlərindən qoruyub, bundan sonra da qətiyyətlə qorumaqda davam edəcək, heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək.
Ölkənin daxili işlər naziri R.Usubov son illərdə ilk dəfədir ki, belə bir kəskin xəbərdarlıqla çıxış edir. Səbəb nədir? Hansısa qüvvələr Azərbaycanla bağlı planlar, ssenarilərmi hazırlayıb?
Deputat Zahid Orucun son müsahibəsində də bir sıra ilginc məqamlar var idi. İqtidar mətbəxinə kifayət qədər bələd olan deputat həmin müsahibəsində son aksiyalarla bağlı demişdi ki, Azərbaycan polisi və xüsusi xidmət orqanları qana susayan adamların planlarını yaxşı bilir. "Deməli, Şəhidlər Xiyabanını belə protest meydanına çevirmək istəyənlər üçün heç bir mənəvi norma qalmayıb. Sən minlərlə insanın gənc yaşlarında məsumluğundan istifadə edib onları tankların tırtılları altında qoyasan, indi də onların sümükləri üzərində siyasi sümürgənliyə əl atasan, bundan böyük rəzillik yoxdur. Ona görə də aksiyaya icazə verilməməsi bir-iki gəncin qanı üzərindən Tunis inqilabı etmək istəyənlərin ssenarisini pozmaq qərarı idi”.
Bütün bunların ardınca polis rəhbərliyinin xəbərdarlığı sıradan məsələ sayıla bilməz. Bəs Azərbaycanı qarışdırmaq istəyən təxribatçı qüvvələr kimlərdir?
Deputat Zahid Oruc maraqlı fikirlər söylədi və nazirin dediklərinə həssas yanaşdığını vurğuladı: "Heç şübhə etmirəm ki, hər zaman olduğu kimi, general-polkovnik Ramil Usubovun kollegiya iclasında söylədiyi fikirlər real, dəqiq məlumatlara əsaslanır. Onun açıqlamaları hər zaman cəmiyyətin bütün təbəqələri tərəfindən yüksək həssaslıqla izlənilir, ona diqqətlə yanaşılır və uyğun nəticələr çıxarılır. Hesab edirəm ki, birinci növbədə cənab generalın açıqlamasının hədəfi Azərbaycandakı sabitlik məkanının qorunub-saxlanmasıdır. Bu, təkcə hakimiyyətə və yalnız iqtidar qüvvələrinə deyil, müxalifətə də, mərkəzçisinə də, solçuya da, sağçıya da, dindar-ateistinə də eyni dərəcədə lazımdır. İkincisi, şübhəsiz ki, Azərbaycan polisinin əlində malik olduğu informasiya resurslarına rəğmən bu cəmiyyət üçün çox da bəlli olmayan məxfi məlumatlar mövcuddur və onlar ciddi şəkildə təhlil olunur, ona adekvat addımlar atılır. Əksər dairələr də ötən illər ərzində onu görüblər ki, dövlətçilik üçün əsas təhlükə dövrlərində ən vacib qərarların qəbul olunması və bu təhlükələrin üzərinə gedilməsində polis orqanları ön sıralarda yer alıblar. Azərbaycan polisini bu gün təfriqəyə cəlb etməyə çalışanlar, onları Şəhidlər Xiyabanında müxtəlif konfliktlərə məruz qoyaraq və onun içərisində ictimai-siyasi məkanda Azərbaycan polisinin obrazına hücumlar edib, onu bir simvol kimi hansısa hədəflərə gətirmək, bundan sonra ”Dövlətin qoruyucu zirehi zəiflədi, indi artıq ayaq ala bilərik" kimi bir məkrli planı işləyənlər bilməlidirlər ki, bu ssenarilər dövlətin ali zirvəsinə bəllidir. Müxtəlif ölkələrdə bəlkə də sınaqdan keçirilə bilər, ələlxüsus da çox yaxşı bilirəm ki, Ukrayna inqilabları zamanı daxili işlər orqanları özünü xeyli dərəcədə vecsiz aparırdı. Amma Ramil Usubovun bir insan və dövlətçi bir nazir kimi xarakterini bilənlər buna əmindirlər ki, Azərbaycan polisi keçmişdə öz canını, qanını torpaqlarımız uğrunda veriblər, onlar şəhid olublar. Yeri gəlmişkən, dövlət başçısın şəhid ailələri və onların vərəsələri ilə görüş zamanı vaxtilə canından keçən Azərbaycan polisinin də rəşadətini, igidliyini dəyərləndirməsi dediyimiz məsələyə nümunədir".
Z.Oruc qeyd etdi ki, hər kəs əmin olmalıdır, bu açıqlamalar uyğun dairələrdə kimlərisə qurban seçək, küçələrə çıxanlara, meydanlardan yol və tranzit məkanlara gedənlərə hansısa düyün nöqtələrində qısaqapanmalar yaratsınlar, polisi təhqir etməklə onları əlbəyaxa döyüşə vadar etsinlər, sonra onların qəddarlığından dünya informasiya məkanı üçün paylaşımlar etsinlər kimi addımlar baş tutmayacaq:
"Əgər qəddarlıq görmək istəyirlərsə, Paris küçələrində bunun nümunələri minlərlədir. Makron da bəyan edir ki, bu mübarizələr başlayandan 11 nəfər həyatını itirib. Amma şükürlər olsun ki, Azərbaycan polisi ən yüksək soyuqqanlılığı ilə hər kəsin təhlükəsizlik təminatını qorumaqla öz fəaliyyətini aparmaqdadır. Ona görə də Ramil müəllim tərəfindən bəyan edilmiş bu dövlətçilik mövqeyi Azərbaycanda əmin-amanlıq istəyən bütün qüvvələrin ürəyindəndir. Mən hesab edirəm ki, bu mesajlar eyni zamanda müxtəlif planlar hazırlayanlar üçün də öz təsirini göstərəcək və nəticələrini verəcək".
Xəbəri paylaş
Digər xəbərlər
26-10-2023, 15:30
Ermənistan Qarabağ ermənilərinə yeni status verir
4-08-2022, 12:53
KTMT-dən Qarabağdakı gərginliyə reaksiya
24-06-2024, 13:14
Xankəndidə ECOLEAD layihəsinə dair anlaşma Memorandumu imzalanıb.
18-02-2022, 14:02
Akar: “Türkiyə NATO-da üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək”
24-07-2020, 11:13
Tarixi gün: 86 ildən sonra Ayasofyada ilk dəfə namaz qılınacaq
7-03-2022, 12:28
“Ermənistanla danışıqlara başlamağa hazırıq” - İlham Əliyev
14-04-2024, 21:26
Laçında “Mərkiz” futbol klubu fəaliyyətə başladı
27-07-2023, 11:37
Şoyqu Putinin mesajlarını Kim Çen Ina çatdırdı - FOTOLAR
26-04-2022, 10:30
Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...