Tarix: 11-12-2021 | Saat: 20:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
Qarabaginfo.az-ın məlumatına görə, 1/8 final mərhələsinin bu gün keçirilən iki oyunundan sonra “Qarabağ” və “Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.
Hər iki görüşdə Premyer Liqa təmsilçiləri qələbə qazanıb.
"Keşlə" "Qaradağ Lökbatan"ı 2:1, "Sabah" isə "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.
Azərbaycan kuboku
1/4 final
(1/2-12/13 fevral)
"Qarabağ" - "Keşlə"
"Neftçi" - "Sabah"
"Zirə" - "Səbail"
"Sumqayıt" - "Qəbələ"
Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə "Səbail" səfərdə "Zaqatala"nı 3:1, "Qəbələ" isə MOİK-i 2:1 hesabı ilə məğlub edib. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 12-13 fevralda gerçəkləşəcək. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.
Digər xəbərlər