Saytımızı qiymətləndirin


 
 

Saakaşvili psixiatr müayinəsindən keçəcək
Tarix: 11-12-2021 | Saat: 19:24
Bölmə:Karusel / Region | çapa göndər

Mixeil Saakaşvili

 

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti psixiatr tərəfindən qiymətləndiriləcək.

Qarabaginfo.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Gürcüstan Ombudsmanı yanında yaradılmış Tibbi Şuranın üzvü, həkim Qriqol Qriqoliya bildirib.

"Məlumat yayılıb ki, Saakaşvilinin zəifləyib, onun üçün ayaq üstə durmaq və danışmaq çətinləşib. Bizdə həmçinin məlumat var ki, o, külli miqdarda psixotrop maddə qəbul edir, ona görə də sabiq prezidentin Qori xəstəxanasına baş çəkməsinə ehtiyac yaranıb. Baxacağıq, o, hansı dərman preparatlarını qəbul edir. Ombudsman xanım Nino Lomcaria qrupa psixiatr əlavə edib, çünki biz konkret araşdırma aparmalıyıq", - Qriqoliya keçmiş prezidenti ziyarət etdikdən sonra deyib.

Qeyd edək ki, Saakaşvilinin qohumları və yaxınları dəfələrlə sabiq dövlət başçısının depressiyaya düşdüyünü bildiriblər. Bundan əlavə, "Empati" reabilitasiya mərkəzinin rəhbəri Mariam Cişkariani ona böyük dozada psixotrop preparatların vurulduğunu bildirib.(Apa)



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər