Saytımızı qiymətləndirin


 
 

Deputatlar Avstriyaya gedir
Tarix: 11-12-2021 | Saat: 11:58
Bölmə:Karusel / Siyasət | çapa göndər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili, qrupun üzvləri Əminə Ağazadə və Elnur Allahverdiyev dekabrın 12-də Avstriyanın Vyana şəhərinə yola düşəcəklər.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, deputatlar Avstriya-Cənubi Qafqaz ikitərəfli parlament qrupunun üzvləri, Avstriya parlamentinin Xarici siyasət komitəsinin, bu ölkənin Aşağı Avstriya Federal Vilayəti hökumətinin və vilayətin İqtisadiyyat Palatasının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişaf istiqamətləri və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

 

Səfər çərçivəsində deputatlarımızın Avstriyada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının toplantısında iştirakı da nəzərdə tutulur.

 

Səfər dekabrın 15-də başa çatacaq.



Xəbəri paylaş

306 dəfə oxunub.

Digər xəbərlər