Tarix: 22-11-2021 | Saat: 15:00
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qərb kütləvi informasiya vasitələrinin Rusiyanın Polşa-Belarus sərhədindəki böhrandan Ukraynanın işğalına hazırlıq üçün istifadə etməsinə dair xəbərlərini tənqid edib.
Qarabaginfo.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb mətbuatının yazdıqlarını mifologem adlandırıb.
“Bu, bizim guya humanitar konvoylarda rus tankları göndərməyimiz barədə eşitdiyimiz mifologemlərdən növbətisidir. Rusiya ilə Ukraynanın cənub-şərqi arasında tikilmiş tunellər haqqında hekayələr... Bu da onlardan növbətisidir. Əgər faktlarınız varsa, göstərin, onda danışarıq. Əgər yoxdursa, o zaman Ukrayna ilə bağlı 7 ildir Qərb mətbuatında dolaşan əsası olmayan xəbərlər üzərində işləməyin vaxtı çatıb”, - M. Zaxarova vurğulayıb.
Digər xəbərlər