Saytımızı qiymətləndirin


 
 

Ermənistan XİN başçısı: Biz hazırıq,amma Ankaranın şərtləri var - Azərbaycanla..MÜƏMMA
Tarix: 20-11-2021 | Saat: 22:16
Bölmə:Karusel / Region | çapa göndər

“Türkiyə ilə ilkin şərt olmadan münasibətlərimizi normallaşdırmağa hazırıq, bunu dəfələrlə bəyan etmişik”. 

Qarabaginfo.az xəbər verir ki, bunu Fransanın “Le Fiqaro” qəzetinə müsahibəsində Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Biz dialoqun başlaması üçün Türkiyədən müsbət siqnallar almışıq, amma vəziyyət hələlik mürəkkəbdir. Ankaranın yeni şərtləri var. Bunların arasında Azərbaycanla Naxçıvanı birləşdirən dəhliz də mövcuddur”, - Mirzoyan bildirib.

Bu dəhliz haqda danışan nazir qeyd edib ki, dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq tranzitə icazə verməlidirlər: “Bölgədəki bütün kommunikasiya kanalları yenidən açılmalıdır”.(manset.az



Xəbəri paylaş

1292 dəfə oxunub.

Digər xəbərlər