Saytımızı qiymətləndirin


 
 

YAP Laçın Rayon Təşkilatı fəalları partiyanın yaranmasının 29-cu ildönümünü qeyd etdilər
Tarix: 19-11-2021 | Saat: 17:07
Bölmə:Karusel / Region | çapa göndər

19 noyabr 2021-ci il tarixdə YAP Laçın rayon təşkilatının Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Laçın Rayon İcra Hakimiyyətindən Qarabaginfo.az-a verilən məlumata görə, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, YAP Laçın rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov, ilk patiya təşkilat sədrləri və partiya fəallarının iştirakı ilə Laçın Rayon İcra Hakimiyyəti qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsini ehtiramla ziyarət edərərək, abidə önünə tər güllər düzüblər. Sonra isə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda ağacəkmə kampaniyası keçiriblər.
Daha sonara “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Milli Məclisin deputatı Mahir Abbaszadə, ərazi ilk partiya təşkilat sədrləri və sədrin müavinləri, YAP Laçın rayon təşkilatının fəalları, rayon ziyalıları, gənclər iştirak edib.
Konfrans işinə başlamazdan öncə Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfrası giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri səlahiyyətlərini icra edən İlqar İlyasov partiyanın yaranma tarixi barədə iştirakçılara ətraflı məlumat verərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yola diqqət çəkmiş, bu gündə Partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionun ən mütəşəkkil təşkilatına çevrildiyini bildirib.
Konfransda digər çıxışçılarla yanaşı Milli Məclisin deputatı Mahir Abbaszadənin çıxışında zəmanəmizin ən mütəşəkkil siyasi təşkilatlarından biri olan Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandığını, yenicə bərpa edilmiş dövlət müstəqilliyimizi itirilmə təhlükəsi ilə üzləşdiyi bir vaxtda ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edən, tariximizə Ulu öndər Heydər Əliyevə ünvanladıqları “91-lər”in müraciəti” kimi düşən əslində bu müraciətin bütün xalqın arzu və istəklərinin ifadəsi olduğunu bildirdi.
Konfransda çıxış edən Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bildirilmişdir ki, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası qısa zamanda inkişaf etdirərək, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldi ki, 2003-cü ildən isə bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə ləyaqətlə davam etdirilərək Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi partiyasına çevrilib .
Bununla yanaşı Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxışında xalqımız bu günlər Yeni Azərbaycan Partiyasının sədri, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun bir il əvvəl 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində şanlı Zəfərinin birinci ildönümünü sevinc və iftixar hissi ilə qeyd etdiyini bildirərək xalqımıza bu sevincli qürurlu anları yaşatdığına görə bütün laçınlılar adından Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
Sonda konfrans iştirakçıları Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibəti ilə Partiyanın sədri cənab İlham Əliyevə və Partiya sədrinin birinci müavini Mehriban xanım Əliyevaya təbriklərini çatdırdılar.
Bir 5 nəfər, ağac, abidə və açıq hava şəkili ola bilərBir 18 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 2 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, mebel, ofis və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilər


Xəbəri paylaş

1375 dəfə oxunub.

Digər xəbərlər