Saytımızı qiymətləndirin


 
 

Sərhəddə əsir düşən erməni hərbçilərin taleyi necə olacaq?
Tarix: 18-11-2021 | Saat: 12:57
Bölmə:Karusel / Region | çapa göndər

Sərhəddə əsir düşən erməni hərbçilərin taleyi necə olacaq?

Noyabrın 16-ı dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində döyüş əməliyyatları baş verdi. Ermənistan KİV-i hərbi əməliyyatlar zamanı 24 erməni hərbçisinin Azərbaycan tərəfindən əsir götürüldüyünü yazdı. 

Sərhəddə əsir düşən erməni hərbçilərin taleyi necə olacaq? Azərbaycan əsir düşdüyü bildirilən bu şəxsləri təhvil verəcək, yoxsa cinayət işi qaldırıb mühakimə edəcək? 

Politoloq Elxan Şıxəliyev mövzu ilə bağlı Yenisabah.az-a danışıb:

“Azərbaycan tərəfdə hərbi əsirlər varsa, onları avtomatik olaraq Qırmızı Xaç Cəmiyyətinin reysterində qeydiyyatdan keçirirlər. Bu beynəlxalq insitutlar qarşısında öhdəliyimizdir. Bu reysterdə qeydiyyatdan keçəndən sonra Azərbaycan hüquqi prosedurlar həyata keçirir. İstənilən halda hərbi əsirin əsir götürülməsinə dair prosesual hüquqi prosedur başlanılır. Hərbi əsirlərin əməlləri cinayət, prosesual baza yaradırsa, Azərbaycan tərəfindən avtomatik olaraq cinayət işi qaldırılır və məhkəmə prosesləri həyata keçirilir. Növbəti mərhələdə siyasilərin anlaşmalarından sonra Qırmızı Xaç Cəmiyyətinin və yaxud rus sülhməramlılarının vasitəsilə əsirlər dəyişdirilə bilər. Əsirlər dəyişdirilmədiyi halda cəzalarını çəkməyə məcbur olacaqlar. Ümumiyyətlə, hərbi əsirlər üzərində qərar iki cür olur: Siyasi və hüquqi. Hansı qərarın uyğunlanacağını növbəti mərhələdə görəcəyik”.

Elxan Şıxəliyev qeyd edib ki, Ermənistan sülh sazişini imzalayacağı təqdirdə, əsirlər geri qaytarıla bilər”

“Bu gün Azərbaycanda erməni hərbi əsirlərin olması sərhədlərimizin tanınması, Zəngəzur dəhlizinin açılması istiqamətində əlimizdə olan çox böyük təsir vasitəsidir. Ermənilərin sülh sazişini imzalaması, Zəngəzur dəhlizinin açılması yönündə müsbət qərarları olarsa, təbiiki hərbi əsirlər bu və ya digər formada Ermənistana geri verilə və dəyişdirilə bilər. Siyasi anlaşmalar nəticəsində bunların hər biri mümkündür. Sülh sazişi ortada olacaqsa, biz Ermənistanla bir mərhələdən sonra iki qonşu dövlət kimi yaşaya biləcəyiksə, bu proseslərin hər biri baş verə bilər”.(Yenisabah)



Xəbəri paylaş

1292 dəfə oxunub.

Digər xəbərlər