“Qarabağ Rusiya ərazisidirmi, rus generallar orada heykəl qoyur, kilsə tikir...”
Tarix: 11-11-2021 | Saat: 16:09
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1390 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-11-2021 | Saat: 16:09
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Azərbaycan hökuməti Rusiya kontingentindən tələb etməlidir ki,bu özbaşınalığa
son qoyulsun...”
“Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ torpaqlarında yerləşməsinin Azərbaycan dövləti tərəfindən məcburi tədbir kimi həyata keçirilməsi hamının yanındadır. Və onların vəzifəsi də döyüşən tərəflərin ayrılması, ərazidəki qanunsuz işğalçı birləşmələrin tərksilah edilməsi və atəşkəsi təmin etmək olub”.
Qarabaginfo.az bu fikirləri moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədov ifadə edib.
“Təəssüf ki, ötən bir il ərzində Rusiya hərbçiləri Laçın dəhlizi və Qarabağda vəzifələrindən kənar kifayət qədər işlərlə məşğul olublar. Və rəsmi Bakı tərəfindən qəti etirazlar bildirilmədikcə belə fəaliyyətlərinin “dozası”nı günü-gündən artırırlar. Ona görə Azərbaycan hökumətinin birbaşa vəzifəsidir ki, Rusiya hərbi kontingentinin komandanlığına ciddi xəbərdarlıq etsin, onların vəzifə səlahiyyətlərini və çərçivələrini dəqiq müəyyənləşdirsin, nəzərlərinə çatdırsın və onlardan tələb etsin ki, bu özbaşınalığa son qoyulsun. Çünki Qarabağ, Xocalı, Xankəndi və s. Rusiya ərazisi deyil ki, rus generallar orada istədikləri kimi heykəl qoysunlar, kilsə tiksinlər və yaxud hansısa digər tədbirlər həyata keçirsinlər. O torpaqlar nə işğal zonası, nə də Rusiya ərazisidir, Azərbaycan Respublikasının hüquqi və tarixi torpaqlarıdır... Və əgər Rusiya hərbçiləri Qarabağa gerçəkdən sülhməramlı kimi gəlibsə, onların vəzifəsi, sadəcə, tərəfləri ayırmaq, aralarında atəşkəsi və sülhü təmin etmək olmalıdır”- deyə Etibar Məmmədov açıqlamasının davamında vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
29-06-2023, 10:57
Ermənilər "Laçın" buraxılış məntəqəsindən sərbəst keçir - VİDEO
13-12-2022, 13:48
Sabiq icra başçısının general oğlu İŞDƏN ÇIXARILDI
3-04-2026, 16:09
Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır
25-05-2021, 12:13
XİN başçısı: "Azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq"
30-09-2021, 10:16
Konfrans Liqasında 2-ci tur: “Qarabağ“ “Omoniya“ya qarşı
6-04-2021, 21:31
Azərbaycanda vaksinasiya olunanların sayı açıqlanıb
7-04-2023, 15:01
5 martda keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
19-02-2026, 16:48
1994-cü ildə Kəlbəcərdə itkin düşmüş şəhidin qalıqları İsmayıllıda dəfn edilib - FOTO
26-09-2021, 21:47
İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib

















