Saytımızı qiymətləndirin


 
 

Lvov rəhbərliyi azərbaycanlı gəncləri seçkili orqanlarda görməkdə maraqlıdır
Tarix: 09-11-2021 | Saat: 17:58
Bölmə:Karusel / Siyasət | çapa göndər

Lvov rəhbərliyi azərbaycanlı gəncləri seçkili orqanlarda görməkdə maraqlıdır 

Ukraynanın Lvov vilayət Radasının (yerli parlament) sədri İrina Qrimak azərbaycanlıların bu bölgə üzrə icma nümayəndəsi ilə görüşüb.

Qarabaginfo.az-ın Şərqi Avropa bürosunun məlumatına görə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Lvov üzrə nümayəndəsi Şəhriyar Məhərrəmov ilə görüşən İrina Qrimak azərbaycanlıların istər ictimai-siyasi, istərsə də mədəni sahələrdə fəaliyyətəni təqdir edib.

O qeyd edib ki, azərbaycanlıların da yerli seçkili orqanlarda fəallığında maraqlıdır.

Ş. Məhərrəmov isə öz növbəsində konqresin ümumölkə üzrə sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevin salamlarını çatdıraraq Lvovda son zamanlar gördükləri işlər barədə məlumat verib. O, gələcək tədbirlərdə yerli Rada ilə yaxın əməkdaşlıq arzularını çatdırıb.

Görüşdə gələcək qarşılıqlı əməkdaşlıq müzakirə olunub.(Report)



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər