Saytımızı qiymətləndirin


 
 

Bakıda Zəfər yürüşü baş tutub
Tarix: 08-11-2021 | Saat: 10:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçirilir.

 

Qarabaginfo.az-ın məlumatına görə, saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayan yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparırlar. Yürüşü süvari dəstəsi müşayiət edir.

 

“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.



Xəbəri paylaş

263 dəfə oxunub.

Digər xəbərlər