Saytımızı qiymətləndirin


 
 

Londonda Zəfər Günü münasibətilə aksiya təşkil olunub
Tarix: 07-11-2021 | Saat: 19:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

Londonda Zəfər Günü münasibətilə aksiya təşkil olunub

London şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.

Bu barədə Qarabaginfo.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natəvan Qrup"un təşkilatçılığı ilə baş tutan aksiya zamanı üzərində Zəfər Günü ilə bağlı fotomateriallar yerləşdirilmiş LED ekranlı avtomobillərin hərəkəti təmin olunub.

Şəhərin Trafalgar Square, Piccadilli Circus, Parlament Square, London Eye kimi məşhur ərazilərində hərəkət edən avtomobillərin rəqəmsal monitorunda Azərbaycan xəritəsinin, “Xarı bülbül” rəmzinin, Şuşanın və Ağdamın təsvirləri, “Azərbaycanın Zəfər Günü. 8 noyabr 2021”, “Qarabağ Azərbaycandır!”, “Şuşa, sən azadsan!” şüarları əks olunub.

Noyabrın 7-dən başlayan aksiya 3 gün ərzində davam edəcək.



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər