Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda Zəfər Günü münasibəti ilə tədbir keçirilib
Tarix: 06-11-2021 | Saat: 17:59
Bölmə:Karusel / Sosial | çapa göndər

Gürcüstanda Zəfər Günü münasibəti ilə tədbir keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Zəfər Günü münasibəti ilə rəsmi qəbul mərasimi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, eləcə də diplomatik korpusun nümayəndələri, gürcü din xadimləri və ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə hər iki dövlətin himni səsləndirildikdən sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Spikerlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi zəfərin önəmini vurğulayıblar, 44 günlük müharibə vaxtı Gürcüstanın ölkəmizə göstərdiyi mənəvi dəstək və həmrəylik yüksək qiymətləndirilib.



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər