Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Ermənistan XİN başçıları yenidən GÖRÜŞƏCƏK
Tarix: 04-11-2021 | Saat: 11:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yerni görüşü yaxın zamanlarda baş tuta bilər.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaqe Qevorqyan söyləyib.

“Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının yeni görüşünün yaxın vaxtlarda keçirilməsi istisna olunmur. XİN danışıqlar prosesinin bərpası üzərində ardıcıl çalışır”.

Vaqe Qevorqyan bu danışıqların köhnə formatda aparılacağını əlavə edib.

 

Nazir müavini Azərbaycanla Türkiyənin “3+3” təşəbbüsünə də cavab verib.

“Regional əməkdaşlıq formatı hazırda mövcud olan formatları təkrar etməməlidir. Region dəyişir və Ermənistan “3+3” formatı ilə yanaşı, digər əməkdaşlıq təklifləri də alır. Bütün təkliflər müzakirə olunr amma “3+3” formatı ilə bağlı yekun qərar verilməyib”



Xəbəri paylaş

286 dəfə oxunub.

Digər xəbərlər