Saytımızı qiymətləndirin


 
 

FHN əməliyyat görüntüləri yayıb - VİDEO
Tarix: 04-11-2021 | Saat: 10:45
Bölmə:Karusel / Hadisə | çapa göndər

FHN 351 binaya müsbət rəy

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Qarabaginfo.az-ın FHN-in saytına istinadən vediyi xəbərə görə,“112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 12 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda dərinliyi təqribən 25 m olan su quyusuna düşərək həyati təhlükəli vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

 



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər