Saytımızı qiymətləndirin


 
 

Departament rəhbəri: "Soyuq zəncirdə olan dərmanlar 2-8 dərəcədə saxlanılmalıdır"
Tarix: 29-10-2021 | Saat: 15:28
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Elmin Quliyev

 

 “Soyuq zəncirdə olan dərman vasitələri də var. Həmin dərman vasitələri 2-8 dərəcədə saxlanılmalıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.

O deyib ki, bu tələbə ev şəraitində də əməl olunmalıdır: “Buna görə də onlar soyuducuda saxlanılır. Məsələn, insulin preparatları istehsalçılar tərəfindən 2-8 dərəcədə saxlanılır, ancaq otaq şəraitində istifadə olunur. Ancaq insulin preparatları da bir ay müddətində davamlıdır, mütəmadi istifadə olunur və o müddətdə də bitir. Yəni soyuq zəncirdən çıxan dərman vasitələri bir daha soyuq zəncirə qaytarılmır. Otaq şəraitində istifadəsi yolveriləndir, amma bu, bütün dərman vasitələrinə aid deyil. Xüsusi stasionarda dərman vasitələri var ki, həkim təyinatında və istifadə təlimatında göstərilən şəkildə istifadə olunmalıdır”.



Xəbəri paylaş

1340 dəfə oxunub.

Digər xəbərlər