Saytımızı qiymətləndirin


 
 

Niderlandda yaşayan azərbaycanlı 28 ildən sonra Ağdamda qardaşının şəhid olduğu yeri ziyarət edib
Tarix: 28-10-2021 | Saat: 18:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Niderlandda yaşayan azərbaycanlı 28 ildən sonra Ağdamda qardaşının şəhid olduğu yeri ziyarət edib

"Ağdamdan sonuncu dəfə 1993-cü ildə çıxmışam. 30 il sonra geri qayıtdım. Bu torpaqlarda canını qurban vermiş şəhidlərin ruhu qarşısında baş əyirəm".

Qarabaginfo.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdama səfər edən şəhid Teymur Yusifovun bacısı, Niderlandda yaşayan azərbaycanlı İlkanə Qoca deyib.

Qardaşının şəhid olduğu ərazini ziyarət edən İ.Qoca Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bidlirib. O qeyd edib ki, Ağdamın işğaldan sonrakı vəziyyətini lentə alıb və burada gördüyü vandalizmi yaşadığı Niderlandda geniş şəkildə təbliğ edəcək.

"ANAMA-nın işçiləri ilə öz evimizi axtardım, oraya getdim. Hər şey dağılmışdı. Evimizin olduğu yerdə ən kiçik həyat izi belə yox idi, sadəcə daşlar vardı", - o vurğulayıb.

Qeyd edək ki, İlkanə Qocanın qardaşı Teymur Qoca oğlu Yusifov Birinci Qarabağ müharibəsində itkin düşüb. Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra Teymur Yusifovun şəhid olduğu bəlli olub. İ.Qocanın ən böyük arzularıdan biri Ağdama getmək və qardaşının şəhid olduğu yeri ziyarət etmək olub.



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər