Saytımızı qiymətləndirin


 
 

MİT Türkiyədə “Mossad” şəbəkəsinə qarşı əməliyyat keçirdi
Tarix: 21-10-2021 | Saat: 17:10
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İsrailin “Mossad” kəşfiyyat xidmətinin ölkə ərazisində fəaliyyət göstərən casus şəbəkəsini çökdürüb. virtualaz.org xəbər verir ki, bu haqda CNN Türk kanalının reportajında bəhs olunur. 15 nəfərin saxlanıldığı və barələrində həbs qətimkan qərarının verilməsi üçün məhkəməyə aparıldıqları bildirilir.

Reportajda deyilir ki, MİT Türkiyədə fəaliyyət göstərən “Mossad” şəbəkəsi haqda məlumat aldıqdan sonra şəbəkə üzvlərini izləmək üçün 200 nəfərlik xüsusi qrup yaradıb.  Həmin şəbəkə əsasən fələstinlilərdən ibarət olmaqla Türkiyədə təhsil alan xarici tələbələri ələ alıb, onların müdafiə sənayesinə dair məlumatları toplaması üçün təlimatlandırıb. Əldə edilən məlumatlar xaricdə “Mossad” rezidentlərinə ötürülüb. MİT şəbəkəni həm birbaşa, həm texniki vasitələrlə bir il ərzində izləyib, daha sonra onların həbs edilməsi üçün əməliyyat keçirilib.

CNN Türk müxbirinin həmin reportajını təqdim edirik:



Xəbəri paylaş

1352 dəfə oxunub.

Digər xəbərlər