Qarabaginfo.az xəbər verir ki, millət vəkili Tahir Mirkişilinin səsləndirdiyi bu fikirlərə münasibət bildirən tanınmış jurnalist Zaur Əhməd maraqlı məqamlara toxunub: “Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili səsləndirib. Komitə sədri olmağına baxmayın, Tahir müəllimin əsas statusu millət vəkilidir. Onu yaxından tanıyıram. Bir neçə dəfə görüşümüz də olub. Hətta bir dəfə Sumqayıtda dost məclisində, dost söhbəti eləməyə cəhd göstərdik. Suallarımız oldu. Xeyli problem qaldırdıq. Diqqət elədim, Tahir müəllim bir dəfə də olsun, millətdən yana danışmadı. Sanki hökumətin vəkiliymiş kimi, ancaq hökumətə sərf edən fikirlər səsləndirdi. Mən statusuna uyğun davranmayan insanları sevmirəm. “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün” devizi mənim üçün əsas olub. Millət vəkilisinizsə, o zaman millətin yanında olun. Hökumət vəkilisinizsə, o zaman hökumətin yanında olun, məmur olun, işimizi bilək və sözünüzdə səmimiyyət axtarmayaq. Millətin sözünü deməyən adamlardan millətə vəkil olmaz. Bəlkə də məni haqsız çıxarmaq üçün hansısa arqumentlər gətirəcəksiniz. Amma minlərlə arqument və fakt ola, niyyət səmimi deyilsə, qəbul etmirəm”.
Saytımızı qiymətləndirin
Zaur Əhməd: "Tahir müəllim bir dəfə də olsun, millətdən yana danışmadı"
Tarix: 19-10-2021 | Saat: 06:25
Bölmə:Karusel / Cəmiyyət / Yazar | çapa göndər
587 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-10-2021 | Saat: 06:25
Bölmə:Karusel / Cəmiyyət / Yazar | çapa göndər
Digər xəbərlər
4-04-2022, 21:59
Türkiyə və ABŞ arasında Strateji Mexanizm yaradılıb
16-02-2022, 10:25
Üç məktəb əyani tədrisə qayıtdı
19-01-2022, 07:14
Nazarbayevin öldüyünü iddia edən Jirinovskidən yeni - Açıqlama
8-12-2023, 11:38
Azərbaycan Ukraynaya humanitar yardım GÖNDƏRDİ
5-12-2024, 10:27
Ermənistan Qərbi Azərbaycan İcmasını qəsdən təhdid kimi təqdim edir
22-08-2026, 08:38
“Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”
17-04-2023, 14:25
Şuşalıların 95 faizi doğma şəhərlərinə qayıdacaqlar - Komitə sədri
10-07-2023, 11:36
Ermənistandan Xankəndiyə gələn qaz sevinci 1 gün çəkdi
Bu gün, 16:49Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
Bu gün, 16:41Bu ilin doqquz ayında cinayətlərin 90,5 faizi açılıb
Bu gün, 16:01Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Bu gün, 12:52Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib
Bu gün, 10:02Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
















