“Rusiyanın Ukraynanı bombalaması üçün kifayət qədər şərtlər mövcuddur”.
Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, bu cür sensassion açıqlama ilə Rusiya Dövlət Dumasının deputatı və jurnalist Anatoli Vasserman çıxış edib:
“Əgər bizim öz Rus dünyamızı, donbassı və sadə insanları qorumağımız lazım gələrsə, o zaman Ukraynanın bombalanmasını istisna edə bilmərik. Ancaq Ukrayna ilə ümumiyyətlə ünsiyyət qurmamaq daha yaxşıdır, çünki uğursuz bir dövlətdir” – deyə Rusiya Dövlət Dumasının deputatı fikirlərini tamamlayıb.