Saytımızı qiymətləndirin


 
 

Xocalıya görə üzr istəməyə çağıran erməni ÖLDÜ
Tarix: 15-10-2021 | Saat: 17:36
Bölmə:Karusel / Region / Cəmiyyət | çapa göndər

Qarabağ münaqişəsinin sülh yolu ilə bitməsi uğrunda son 26 ildə yorulmadan çalışan erməni hüquq müdafiəçisi Georgi Vanyan bu gün vəfat edib.

Qarabaqinfo.az xəbər verir ki, Vanyan bir müddət öncə koronavirusa yoluxaraq, Tiflis xəstəxanasında müalicə alırdı.
Georgi Vanyan Ermənistandan fəaliyyət göstərən hüquq müdafiəçisi idi. O, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri kimi tanınmışdı.
G.Vanyan Azərbaycana qarşı xoş fikirlərinə, Xocalı soyqırımına görə Ermənistanın üzr istəməli olduğunu dediyinə və ümumiyyətlə, Qarabağın Azərbaycan əraziləri olduğunu etiraf etdiyini görə hər zaman rəsmi İrəvanın təzyiqlərinə məruz qalıb.

Ermənistanda çoxları onu Azərbaycan və Türkiyənin agenti hesab edir, hətta vətən xaini adlandırırdı.Georgi Vanyan 1963-cü ildə Azərbaycanın Goranboy rayonundakı Qaraçinar kəndində anadan olub. 1991-ci ildə İrəvan Dövlət Teatr və Kino İnstitutunu bitirib. 1994-cü ilə qədər Ermənistanda teatr və kino aktyoru olub. 1992-1994-cü illərdə "Yerevan Tatron" teatrının qurucusu və bədii rəhbəri olub. 

1993-1997-ci illərdə "Arar" jurnalının təsisçisi və baş redaktoru işləyib. 1997-2005-ci illərdə - İrəvandakı 61 saylı məktəbin direktoru vəzifəsində çalışıb. 

1989-cu ildən 2004-cü ilə qədər uşaq hüquqlarının müdafiəsilə məşğul olub. 

2002-ci ildə "Qafqaz Sülh Təşəbbüsləri Təşəbbüsləri Mərkəzi"ni qurub. Dəfələrlə ermənilərlə azərbaycanlıların görüşlərini təşkil edib.

2014-cü ildə Ermənistan hakimiyyətinin təhdidlərindən və siyasi təzyiqlərindən sonra mərkəzi bağlamaq və İrəvanı tərk etmək məcburiyyətində qalıb. (modern.az)



Xəbəri paylaş

1362 dəfə oxunub.

Digər xəbərlər