Ana Sayfa > Karusel / Region / Cəmiyyət > Xocalıya görə üzr istəməyə çağıran erməni ÖLDÜ
Xocalıya görə üzr istəməyə çağıran erməni ÖLDÜ15-10-2021, 17:36. Yazar: Admin |
Qarabağ münaqişəsinin sülh yolu ilə bitməsi uğrunda son 26 ildə yorulmadan çalışan erməni hüquq müdafiəçisi Georgi Vanyan bu gün vəfat edib. Qarabaqinfo.az xəbər verir ki, Vanyan bir müddət öncə koronavirusa yoluxaraq, Tiflis xəstəxanasında müalicə alırdı. Ermənistanda çoxları onu Azərbaycan və Türkiyənin agenti hesab edir, hətta vətən xaini adlandırırdı.Georgi Vanyan 1963-cü ildə Azərbaycanın Goranboy rayonundakı Qaraçinar kəndində anadan olub. 1991-ci ildə İrəvan Dövlət Teatr və Kino İnstitutunu bitirib. 1994-cü ilə qədər Ermənistanda teatr və kino aktyoru olub. 1992-1994-cü illərdə "Yerevan Tatron" teatrının qurucusu və bədii rəhbəri olub. 1993-1997-ci illərdə "Arar" jurnalının təsisçisi və baş redaktoru işləyib. 1997-2005-ci illərdə - İrəvandakı 61 saylı məktəbin direktoru vəzifəsində çalışıb. 1989-cu ildən 2004-cü ilə qədər uşaq hüquqlarının müdafiəsilə məşğul olub. 2002-ci ildə "Qafqaz Sülh Təşəbbüsləri Təşəbbüsləri Mərkəzi"ni qurub. Dəfələrlə ermənilərlə azərbaycanlıların görüşlərini təşkil edib. Geri dön |